• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1098
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə8687
mod_vvisit_counterBu ay4748
mod_vvisit_counterÜmumi2521564

Tarix: 03 May, 2024

Culfa rayon Şurud kənd tam orta məktəbində Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib

Culfa rayon Şurud kənd tam orta məktəbində Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri məktəbin direktoru Babək Kalbalıyev açaraq yalnız Azərbaycan və türk ədəbiyyatına deyil, həmçinin dünya ədəbiyyatına əvəzsiz töhfələr bəxş etmiş mütəfəkkir şairin bədii irsindən söz açmışdır. O bildirmişdir ki, Nizami Gəncəvi humanizm və bəşəri dəyərlərdən yoğrulmuş yaradıcılığı ilə zamanın fövqündə dayanaraq bütün nəsillərin müasirinə çevrilib.

Bildirilmişdir ki, sənəti və sənətkarı dəyərincə qiymətləndirən Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami ili” kimi qeyd olunması dahi mütəfəkkirin irsinə verilən yüksək dəyərdir. Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri tərəfindən Nizaminin “Hikmət və nəsihətləri”, ”Sirlər xəzinəsi” kitablarının “Oxunması zəruri olan kitabların siyahısı”na salınması da dünya miqyaslı sənətkarın irsinə verilən əvəzsiz töhfələrdəndir.

Məktəbin kitabxanaçısı Şahmərdan İmanov ölkə başçısının “Nizami ili” ilə əlaqədar imzaladığı sərəncamdan irəli gələn vəzifələrdən və bu məqsədlə məktəb kitabxanasında həyata keçiriləcək tədbirlərdən söz açmışdır.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hüseyn Şəkərəliyev “Nizami yaradıcılığında qadın obrazları” mövzusunda çıxış edərək bildirmişdir ki, müdrik sənətkarın epik əsərlərinin hər birində bənzərsiz və təkrarsız qadın obrazları yaradılmışdır ki, onların da hamısı müsbət surətlər kimi diqqəti cəlb edir. Bu qadınlar istər hökmdar, istər kəniz, istərsə də başqa xalqların nümayəndəsi olmasından asılı olmayaraq, türk qadınlarına məxsus mənəvi keyfiyyətlərlə zəngindirlər.

Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Orucova Nizami Gəncəvinin əbədi yaşarlığını bədii irsindəki humanistlik və bəşəri dəyərlərlə əlaqələndirmiş, yaratdığı əbədi məktəbdən, əsərlərinin insanlarda formalaşdırdığı mənəvi dəyərlərdən bəhs etmişdir.

Məktəbin şagirdlərindən İmaməli Ahu, Kalbalı Fidan, Şəkərəli Sayılxan, Orucova Gültac ölməz şairin aforizmləri və şeirlərini qiraət etmişlər.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg