• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün422
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9111
mod_vvisit_counterBu ay5172
mod_vvisit_counterÜmumi2521988

Tarix: 04 May, 2024

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq Riyaziyyat və informatika müəllimliyi, İbtidai sinif müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisaslarının sonuncu kurs tələbələrinin pedaqoji təcrübəsinin başlanğıc konfransı keçirilib.

Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.

İnstitutun rektoru Azad Novruzov konfransı açaraq qeyd edib ki, ixtisaslar üzrə tədris planına uyğun olaraq İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə ixtisaslarında təhsil alan tələbələr IV tədris ilinin VIII semestrində, Riyaziyyat və informatika müəllimliyi ixtisasında təhsil alan tələbələr V tədris ilinin X semestrində 14 həftəlik pedaqoji təcrübə keçəcəklər. Bu ixtisaslar üzrə 204 tələbə Naxçıvan şəhər məktəbləri və məktəbəqədər təhsil müəssisələrində olacaqlar.

Rektor vurğulayıb ki, tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb edir. Onlarda ixtisaslar üzrə qazanılan nəzəri bilikləri tətbiq etmək bacarığının və müəllimə xas olan keyfiyyətlərin formalaşdırılması pedaqoji təcrübə vasitəsilə həyata keçirilir. Bu prosesdə tələbələr gələcək peşə fəaliyyətləri üçün zəruri olan bacarıq və vərdişlər əldə edirlər. Pedaqoji təcrübənin nəticəsi bir sıra amillərlə yanaşı, ilk növbədə, bu prosesin necə təşkil olunmasından, maraqlı tərəflərin və tələbələrin məsuliyyətindən asılıdır.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov müəllim kadrlarının hazırlanması üçün muxtar respublikada görülən işlərdən danışıb. Vurğulanıb ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infra¬strukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni təlim metodunun – STEAM təlim metodunun tətbiqi üçün kabinələr yaradılıb, lazımi avadanlıqlarla təchiz olunub. Təhsilə hərtərəfli dövlət qayğısı bununla yekunlaşmamış, muxtar respublikada pedaqoji kadrların təkmilləşməsi istiqamətində atılan addımlar, keçirilən təlim və təcrübələr bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradıb.

Təhsil naziri qeyd edib ki, pedaqoji təcrübə tələbələrin həyatında mühüm və məsuliyyətli mərhələ, müəllimliyə doğru atdıqları vacib addımdır. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Təhsil prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası isə pedaqoji sahədə  qazandığı  praktik hazırlığından asılıdır. Bu isə ali təhsil müəssisələrində müasir pedaqoji kadrların hazırlanması prosesində pedaqoji təcrübənin nə dərəcədə əhəmiyyətli olmasını aşkara çıxarır.

Həmçinin vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən bu günədək keçirilən müsabiqələrdə Naxçıvan Müəllimlər İnstitutunun yüksək nəticə göstərən məzunlarından 65-i müəllim, 40-ı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə 105 məzunu işlə təmin olunmuşdur.

Sonra institutun İxstisasartırma və yenidən hazırlanma üzrə prorektoru Çapay Quliyev, Pedaqogika və psixologiya kafedrasının müdiri professor İsmayıl Əliyev və institutun Pedaqoji təcrübə rəhbəri Təranə Əliyevanın çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki, son illər insan kapitalına yüksək dəyər verilən muxtar respublikamızda təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununa və təşkilinə qloballaşma və informasiyalaşdırma tələbləri baxımından yanaşılması, yeni ideyaların, metodların və nəzəriyyələrin yaradılması təhsilin inkişafını sürətləndirmiş, daha da səylə çalışmağa şərait yaratmışdır. Məruzəçilər çıxışlarında müəllim və tələbələrə uğurlar arzulamışlar.

Sonda pedaqoji təcrübəyə həsr olunmuş sərgiyə baxış olmuş və  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin ali təhsil ocağına hədiyyə etdiyi dərslik və metodik vəsaitlər təqdim edilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun

mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg