Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirlərin elmi axtarışlara sövq edilməsi, еlmi pоtеnsiаlının аrtırılmаsı, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.
Layihə çərçivəsində iştirakçıların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərlə müxtəlif beynəlxalq səviyyəli müsabiqə, konfrans və olimpiadalarda iştirakı təmin edilir.
2020-ci ilin noyabr ayından yenidən başlanan layihənin uğurları davam edir. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin rəhbərliyi ilə Naxçıvan şəhər Qızlar Liseyinin XI sinif şagirdləri Abdullayeva Səma Famil qızı və Mustafayeva Bəhriyyə Namiq qızının Moskvada Pedaqoji lahiyəsi elm-təhsil mərkəzində yerləşən “Rusiya Federasiyası Pedaqoji lahiyə Akademiyası”nın təşkil etdiyi “Mənim elmdə addımım” adlı şagird və tələbələr üçün ümumrusiya distant konfransında “Naxçıvan daş duzundan Tibbi natrium xloridin alınması” adlı məqaləsi sertifikata layiq görülüb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi