16 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil, Daxili İşlər və Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planına əsasən Naxçıvan şəhər 6 və 10 nömrəli tam orta məktəblərinin şagirdləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayan şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri, onları oxunması zəruri olan kitabların mütailəsi haqqında maarifləndirməkdən ibarət olub.
Tədbirdə təhsil müəssisələrində sağlam həyat tərzi, eləcə də tütün məhsullarının istifadəsinin zərərli təsirləri, erkən nigah mövzusunda təbliğat işinin aparılması, yetkinlik yaşına çatmayanlar və gənclər arasında cinayətkarlığın və hüquqpozmaların profilaktikası mövzusunda, radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması haqqında şagirdlərə geniş məlumatlar verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi