16 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinə bibaşa tabe olan və şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən hərbi rəhbərlər üçün maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd növbəti tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə və ali hərbi məktəblərə namizədlərin seçilməsi və sənəd qəbulu ilə əlaqədar Hərbi rəhbərləri maarifləndirməkdən ibarət olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev və Heydər Əliyev adına Hərbi Liseyin kadrlar bölməsinin rəisi polkovnik-leytenant Bəhman Məmmədov çıxış edərək hərbi rəhbərlərə geniş məlumatlar veriblər.
Qeyd edək ki, bu cür tədbirlər digər rayonlarda da təşkil ediləcəkdir
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi