Ordubad Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq Gənclər Yaradıcılıq Mərkəzində “Riyazi məntiq” dərnəyində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların məntiqi təfəkkürünün inkişafı məqsədilə yarış keçirilib.
Yarışda dərnəyin rəhbəri Sevda Babayeva və 20-ə yaxın dərnək üzvü və onların valideynləri iştirak edib.
Şagirdlərdə məntiqi təfəkkürün inkişafını yoxlamaq məqsədilə maraqlı riyazi hesablamalar uşaqlara tapşırıq kimi verilib. Sonda aktiv dərnək üzvləri diplom və hədiyyələrlə təltif olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi