• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1525
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə1525
mod_vvisit_counterBu ay47137
mod_vvisit_counterÜmumi2514402

Tarix: 29 Apr., 2024

“Mənim ana dilim” mövzusunda şeir müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə fevralın 19-da “21 fevral - Beynəlxalq Ana Dili Günü” ilə bağlı muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim ana dilim” mövzusunda şeir müsabiqəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova şagirdlərə Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, 2000-ci ildən fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri böyükdür. Dahi şəxsiyyətin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Ulu öndərin 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət dil siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilinə həssaslıqla yanaşması, dilimizin qloballaşması və inkişafı üçün bir sıra sərəncamlar, Dövlət Proqramları təsdiq etməsi Azərbaycan dilinin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Heyran Əhmədova muxtar respublikamızda ən ali, milli dəyərimiz olan Azərbaycan dilinin saflığının qorunması, dilimizin imkanlarının təbliği istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi və dilimizin qorunub saxlanılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, muxtar respublikamızda bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı uşaq, yeniyetmə və gənc­lərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini daha da artırıb. Bu gün muxtar respublika məktəblərində Beynəlxalq Ana Dili Gününə həsr edilmiş müxtəlif mövzularda tədbirlər, müsabiqələr təşkil edilir. Bütün bu görülən işlər doğma Ana dilimizə hörmət və ehtiramın bariz nümunəsi, Ana dilimizi qorumaq və inkişaf etdirmək isə hər bir azərbaycanlının müqəddəs borcudur.

“Mənim ana dilim” mövzusunda keçirilən şeir müsabiqəsinin muxtar respublika mərhələsində ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 13 şagird iştirak edib. Müsabiqənin nəticələrinə görə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Tahirov Bayram Tural oğlu I yerə, Kəngərli rayon Xok kənd tam orta məktəbin VI sinif şagirdi Məmmədova Sehri Cəlal qızı və Heydər Əliyev adına tam orta məktəbin VIII sinif şagirdi Məmmədova Zübeydə Şahin qızı II yerə, Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbin X sinif şagirdi Şərifzadə Çəməngül Tofiq qızı, Naxçıvan Qızlar Liseyinin VI sinif şagirdi Mirzəzadə Aytac Tahir qızı və Şahbuz rayon Yuxarı Qışlaq kənd tam orta məktəbin VIII sinif şagirdi Məmmədli Nərgiz Aslan qızı III yerə, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Mehdiyev Mehdi Bayram oğlu, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin VIII sinif şagirdi Hüseynli Abdulla Yusif oğlu və Şərur rayon Aşağı Yaycı kənd tam orta məktəbin VII sinif şagirdi Axundzadə Bahar Aşiq qızı isə həvəsləndirici yerə layiq görülüb.

Sonda qaliblərin mükafatlandırılması zamanı “Şəhidlər unudulmur” və “Ulu yurdum Naxçıvanım” inşa yazı müsabiqələrinin qalibləri də mükafatlandırılıb.

Muxtar respublika məktəbliləri arasında mütəmadi olaraq təşkil edilən belə müsabiqələr şagirdlərin vətəninə, xalqına, ana dilinə olan sevgisi və hörmətini, müstəqil bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirməkdə müstəsna rol oynayır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg