Naxçıvan Muxtar Respublikası ərazisində olan sənaye müəssisələrinin və onlarda istehsal olunan məhsulların tanıdılması, istehsal prosesinin şagirdlərə aşılanması məqsədilə Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək rəhbərləri tərəfindən "Texnikaları öyrənək" mövzusunda Naxçıvan şəhəri ərazisində yerləşən "Cahan Sənaye Kompleksi" MMC-yə ekskursiya təşkil olunub. Ekskursiya zamanı dərnək üzvləri plastik boru, profil, aksesuarlar və tikinti materiallarının istehsalı ilə tanış olub. Həmçinin texnoloji avadanlıqlar vasitəsilə məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığının, o cümlədən xammalın tərkibinin yoxlanması şagirdlərə göstərilib.
Şagirdlər müəssisədə quraşdırılmış tam avtomatlaşmış avadanlıqların və müxtəlif məhsulların istehsalı haqqında geniş məlumat əldə ediblər. Ekskursiyada 26 dərnək üzvü iştirak edib.