• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1438
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə1438
mod_vvisit_counterBu ay47050
mod_vvisit_counterÜmumi2514315

Tarix: 29 Apr., 2024

Naxçıvan Müəllimlər İnstitutunda “Şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

18 fevral 2021- ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada “Ümumi fənlər” kafedrasının müəllimləri, muxtar respublika ümumtəhsil məktəblərinin bir qrup biologiya müəllimi, Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin müəllimləri və tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə institutun prorektoru psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev açaraq bildirmişdir ki, şagirdlərin şəxsiyyət kimi formalaşmasında müxtəlif fənn bilikləri ilə yanaşı ekoloji dünyagörüşünün formalaşdırılması məsələsi hər zaman öz aktuallığını qoruyur. İnsan kainatın bir parçasıdır. Onu əhatə edən ətraf aləmdə baş verən hadisələr bu və ya digər dərəcədə insan orqanizminə təsir edir. İnsan hər zaman öz imkanları çərçivəsində ekoloji tarazlığın qorunması qayğısına qalmalıdır. Tərbiyənin bütün istiqamətləri kimi ekoloji tərbiyənin də təməli əsasən məktəb illərində formalaşdırılır. Ümumtəhsil məktəbləri müəllimlərinin də iştirakı ilə keçirilən dəyirmi masa bu baxımdan olduqca vacibdir.

Ümumi fənlər kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva mövzu ətrafında çıxış edərək bildirmişdir ki, şagirdlərin ekoloji dünyagörüşlərinin formalaşdırılması işinin təşkili bu istiqamətdə görüləcək işlərin düzgün planlaşdırılması, şagirdlərin idrak fəallığının təmin edilməsi, tədris prosesində ekoloji biliklərin düzgün öyrədilməsi ilə bilavasitə bağlıdır.

Dəyirmi masada ekoloji problem nədir və şagirdlərin idrak fəallığını artırmaq üçün müəllim hansı üsüllardan istifadə etməlidir, tədris prosesində ekoloji biliklərin öyrədilməsi yolları, ekoloji amillər və onların canlılara təsiri və s. suallar ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg