Ölkə prezidenti cənab İlham Əliyev Azərbaycanda 2021-ci ili dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi ili elan etmişdir. Bu münasibətlə Naxçıvan Qızlar Liseyinin kitabxanasında Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimləri, yuxarı sinif şagirdləri iştirak etmişlər.
Çıxış edənlər bildirmişlər ki, böyük mütəfəkkir N.Gəncəvini bizdən əsrlər ayırsa da onun bədii estetik ideyaları, dərin xəlqiliyi vətənpərvərlik və xalqımıza məhəbbətlə dolu poemaları indi də hər kəs üçün müasirdir, doğmadır. N.Gəncəvinin dünya şöhrətli “Xəmsə”sinə daxil olan 5 poeması ayrı-ayrılıqda müzakirə olunmuş, poemadan parçalar söylənmişdir.
Tədbirdə Liseyin VIII sinif şagirdləri dahi şairin qəzəllərindən parçalar söyləmişlər. şagirdlərin ifasında “Oğluma nəsihət” əsərindən parçalar, hikmətli sözlər səslənmişdir.
Sonda Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş sərgi nümayiş olunmuşdur.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi