Culfa Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Culfa Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə Təhsil Şöbəsinin akt zalında rayon ümumtəhsil məktəblərinin psixoloqları ilə “Məktəbdə psixoloji xidmətin təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər məktəb psixoloqlarının fəaliyyətlərində nələrə diqqət etmələrini nəzə çatdıraraq bildiriblər ki, məktəblərdə pedaqoji işçilərlə birlikdə təhsilalanların psixoloji vəziyyətini, təlim nailiyyətlərini, inkişaf meyllərini müəyyən etmək məqsədilə təhlillər aparılmalı, qanunvericiliyə uyğun olaraq psixoloqlar təhsil müəssisələrində təhsilalanlara psixoloji yardım göstərmələri ilə bağlı bilavasitə tədrisi həyata keçirən müəllim, müəssisə rəhbəri, valideynlər və digər qanuni nümayəndələrlə əməkdaşlıq etməlidirlər. Bildirilib ki,Həmçinin bildirilib ki, ümumtəhsil məktəblərinin psixoloqları əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş iş vaxtı çərçivəsində təhsilalanlara fərdi və ya qrup şəklində psixoloji yardım göstərməlidirlər.
Sonda mövzu ilə əlaqədar slaydlar nümayiş etdirilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi