• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1086
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə4823
mod_vvisit_counterBu ay26229
mod_vvisit_counterÜmumi2967040

Tarix: 15 Yan., 2025

“Hüseyn Cavid irsinə Heydər Əliyev qayğısı” mövzusunda açıq dərs keçirilib

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdləri Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid irsinə Heydər Əliyev qayğısı” mövzusunda açıq dərsdə iştirak ediblər.

Açıq dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, 1937-ci ildən başlayarq 1956-ci ilə qədər Cavid adı qadağan olmuşdur.

Mövsümünü Hüseyn Cavid əsərləri ilə açan, Hüseyn Cavid əsərləri ilə bağlayan teatrlarımızın səhnələrində illərlə tamaşaçılar Cavid əsərlərinin ədəbi qəhramanlarının səsinə həsrət qaldı. Ancaq Cavid elinə-obasına qayıda bilməsə də bəraət qazandıqdan sonra əsərləri işıq üzü görməyə başladı. Lakin etiraf etməliyik ki, 1956-1069-cu ildə Cavid yaradıcılığına bir soyuqluq, bir biganəlik var idi. Cavid demişkən:

Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdə bir xəyal uyuyur.

Bəli, qaranlıqda çırpınan o nur öz şəfəqlərini Azərbaycan ədəbiyyatının, mədəniyyətinin üzərinə saçdı. Bu işıq Cavid həyatını, taleyini daha da gözəl işıqlandırdı.

Azərbaycan elmini, mədəniyyətini, incəsənətini büyün dünyaya tanıdan ümummilli lider Heydər Əliyev mədəniyyət və ədəbiyyat xadimlərinə daha böyük diqqət və qayğı ilə yanaşırdı. 1982-ci il iyulun 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə AKPMK Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar qərar qəbul etdi. Bu qərarda şairin əsərlərinin rus dilindən tərcümə edilməsi, həyat və yaradıcılığını əks etdirən kitabların nəşr edilməsi, Bakı və Naxçıvan şəhərlərində xatirə muzeylərinin yaradılması və digər işlərin həyata keçirilməsi nəzərdə tutulurdu.

Bu qərardan sonra Azərbaycanın mərd oğlu umummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tarixdə görülməmiş bir hadisə baş verdi. Görkəmli ədibin 100 illiyi ərəfəsində 1982-ci il noyabrın 2-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə şairin nəşi uzaq Sibirdən doğulub-böyüdüyü şəhərə - Naxçıvana gətirilərək ev muzeyinin yaxınlığında dəfn olundu.

Bəli çox çəkmədi ki, Ulu Öndərin ən böyük arzularından biri yerinə yetirildi. Belə ki, 1996-cı il oktyabrın 29-da Hüseyn Cavidin anadan olmasının 114 illiyi münasibəti ilə Naxçıvan şəhərində dahi şairin məzarı üzərində möhtəşəm və əzəmətli bir məqbərə ucaldıldı. Məqbərənin açılışında Heydər Əliyev şəxsən iştirak etmiş, böyük qurur və sevinc hissi ilə nitq söyləmişdir.

Verilən məlumatları çox böyük həvəslə və diqqətlə dinləyən şagirdlər sonra muzeydəki ekpozisiyalarla tanış olublar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg