• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün590
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9279
mod_vvisit_counterBu ay5340
mod_vvisit_counterÜmumi2522156

Tarix: 04 May, 2024

“Məktəb idarəçiliyi və sənədləşmə işləri” ilə bağlı seminarlara başlanıldı

Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji,  məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Bu mənada Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında  və düzgün işlənilməsi, sənəddəki məlumatların düzgünlüyü üçün vəzifəli şəxsin məsuliyyəti, eləcə də  Şəhər və Rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar davam etdirilir.

Fevralın 20-də Naxçıvan Dövlət Texniki Kollecində “Məktəb idarəçiliyi və sənədləşmə işləri” ilə bağlı seminar keçirilib. Təhsil şöbəsinin əməkdaşlarının, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və təşkilatçıların iştirakı ilə keçirilən seminarda Təhsil Nazirliyinin əməkdaşları “Məktəb sənədlərinin aparılması və saxlanması”, “Təhsil müəssisələrində kargüzarlıq işinin təşkili” və “Dövlət qulluğu ilə bağlı normativ hüquqi sənədlər və qanunvericiliyin pozulmasına görə məsuliyyət” mövzularında geniş məlumat veriblər.

Təhsil Nazirliyinin əməkdaşları məktəbin idarə olunmasında istifadə olunan hüquqi-normativ sənədlərin və kargüzarlığa dair kitabların düzgün və dəqiq işlənilməsi üsullarını slaydlar vasitəsilə iştirakçılara təqdim edib.  Seminarda kadr sənədlərinin, şagirdin şəxsi işinin, sinif və dərsdənkənar məşğələ jurnalının, ümumi və tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi,  pedaqoji  işçilərin  şəxsi heyətinin uçotu, məktəbin pedaqoji şurasının protokolu,  buraxılan və əvəzedilən dərslərin uçotu, inventarizasiya, əlifba və əmr kitablarının işlənilməsi qaydaları nümunələrlə izah edilib.

Qeyd olunub ki, təhsil müəssisələrində sənədləşmə işlərinin keyfiyyətinin yüksəldilməsi, məktəb rəhbərlərinin, eləcə də Təhsil şöbəsinin əməkdaşlarının bu sahədə yüksək səriştəyə malik olması məqsədilə keçirilən seminarda qeyd olunanlar gündəlik fəaliyyətdə tətbiq edilməli, məktəb rəhbərləri sənədləşmə işlərində təlimatı qaydalara əməl etməlidir.

Sonra dövlət qulluğu ilə bağlı normativ hüquqi sənədlər, dövlət qulluqçusunun şəxsi işinin tərtib edilməsi qaydaları və qanunvericiliyinin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq staj, sınaq müddəti gözlənilmədən, ixtisas dərəcəsi verilmədən dövlət qulluqçusunun vəzifəsinin dəyişdirilməsi yolverilməzdir. Kadr anketlərdə bütün məlumatlar tam doldurulmalı, boş hissə saxlanmamalı, arayış və anketlərə vurulan şəkillər qanunauyğun ölçüdə və formada olmalıdır. Həmçinin təşkilatlarda kadrlarla bağlı vəzifə dəyişiklikləri olduğu gün məlumatların qeydiyyatı aparılmalıdır. Hər bir vəzifəli şəxsin sənədləşmə işlərinə görə məsuliyyəti ilə bağlı məlumat verilərək bildirilib ki, məktəbin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi və onun fəaliyyətinin nəticələri tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərində, statistik hesabatlarda, kargüzarlığın təşkilinə dair kitablarda əks olunduğundan məktəb sənədləri vaxtında, aydın, dəqiq yazılmalı, məlumatların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralama olmamalıdır.

Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb, tədbir iştirakçılarına əmr nümunələri, məktəb və kargüzarlıq sənədlərinin işlənilməsi qaydalarına, dövlət qulluğu ilə bağlı normativ-hüquqi sənədlərə dair elektron nümunələr təqdim olunub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg