Ordubad rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şagirdlərdə mütaliə və nitq mədəniyyətinin formalaşdırılması, onların özünü cəmiyyətdə müstəqil şəkildə düzgün ifadə etmələri məqsədilə keçirilən “Dram” müsabiqəsinin rayon mərhələsi təşkil olunub.
Ordubad rayon Mədəniyyət Evində keçirilən müsabiqədə 16 ümumtəhsil məktəbi və ümumilikdə 119 şagird iştirak edib.
Əsərlərdən səhnələşdirilən parçalar münsiflər heyəti tərəfindən qiymətləndirilib.