• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün668
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7197
mod_vvisit_counterBu ay31026
mod_vvisit_counterÜmumi2498291

Tarix: 20 Apr., 2024

“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” mövzusunda açıq dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” mövzusunda onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd edib ki, qədim tarixə malik Naxçıvan diyarı Azərbaycan dövlətçiliyinin formalaşmasında, XX əsrin sonunda mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən öz müqəddəs amalına - istiqlalına qovuşmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir.

Diqqətə çatdırılıb ki, Naxçıvanın yetişdirdiyi görkəmli şəxsiyyətlər Azərbaycan elminin və mədəniyyətinin inkişafında mühüm rol oynamış, milli dövlətçilik tariximizə öz adlarını əbədi həkk etmişlər. Bütün türk dünyasının nadir tarixi simalarından sayılan, zəmanəsinin qüdrətli siyasətçiləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi, müstəqilliyimizin memarı ulu öndər Heydər Əliyev məhz mayası Vətənə və xalqa məhəbbətdən yoğrulmuş Naxçıvan torpağının yetirməsidir.

Qeyd olunub ki, dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş vermişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində bu gün qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənmişdir.

Daha sonra geniş məruzə ilə çıxış edən, AMEA – Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov qeyd edib ki, Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz belə bir vaxtda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində Naxçıvan öz xidmətlərini göstərdi.

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ölkənin bu bölgəsini daim diqqət mərkəzində saxlamış, blokada şəraitində olan Naxçıvanın dirçəlişi və inkişafı üçün qüvvə və bacarığını əsirgəməmişdir. Heç də təsadüfi deyildir ki, müstəqil Azərbaycanın yeni Konstitusiyasının layihəsi hazırlanarkən ulu öndər bu diyarın statusu məsələsinə xüsusi önəm verirdi. Konstitusiya Komissiyasının iclasında o, birmənalı şəkildə bildirmişdir: “Naxçıvan muxtariyyəti tarixi nailiyyətdir və biz bunu qoruyub saxlamalıyıq”.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən ölkənin Əsas Qanununda Naxçıvana Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi. Əgər Moskva və Qars müqavilələri ilə Naxçıvanın tarixi-hüquqi statusu müəyyənləşmişdirsə, müstəqillik dövründə qəbul olunan Konstitusiya ilə Naxçıvanın statusu yeni hüquqi məna kəsb etdi.



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg