Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərən ümumtəhsil məktəblərinin sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək İbtidai sinif müəllimlərinin qrafiki Təhsil Nazirliyinin “teshil.nmr.az” rəsmi internet saytında yerləşdirilib.
Müsahibədə iştirak etmək üçün müəllimlərin şəxsiyyət vəsiqəsi ilə gəlmələri tələb olunur.
Müsahibə Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçiriləcəkdir.
Ünvan: “Təhsil Kursları”nın binası, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəblə üz-üzə, Atatürk 31.