22 fevral 2021-ci il tarixdə Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində “Xocalı Soyqırımı və Vətənpərvərlik” mövzusunda sərgi təşkil olunub. Sərginin keçirilməsində məqsəd Xocalı soyqırımını unutmamaq, nəsildən-nəslə ötürülərək yaddaşlarda yaşatmaqdan ibarət olub.
Sağlamlıq imkanları məhdud uşaqların da iştirak etdiyi tədbirdə mərkəzdə yeni yaradılmış innovativ dərnəklərdən Ağac üzərində oyma-yandırma dərnəyinin üzvlərinin hazırladıqları əl işləri nümayiş olunub. Sərgidə Xocalı soyqırımını tərənnüm edən yaradıcılıq işləri ilə yanaşı 44 günlük II Vətən müharibəsində yenilməz ordumuzun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbəni tərənnüm edən yaradıcılıq işləri də böyük marağa səbəb olub.
Sərgidə əl işləri ilə fərqlənən dərnək üzvləri diplomla mükafatlandırılıblar.