• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1102
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10365
mod_vvisit_counterBu ay42697
mod_vvisit_counterÜmumi2509962

Tarix: 26 Apr., 2024

“Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhər məktəbliləri arasında bilik yarışı keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında bilik yarışı keçirilib.

Yarış başlamamışdan öncə Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova iki ildir yerinə yetirilən “Sabahın tədqiqatçıları” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, istedadlı və qabiliyyətli şagirdlərin bu cür araşdırma xarakterli layihələrdə iştirakları onların gələcək həyatında da müsbət rol oynayacaq.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov isə ötən il və bu il ona təhkim olunmuş şagirdlərlə şöbənin profilinə uyğun olaraq yeni tədqiqatlar aparıldığını, şagirdlərin sabahın alimləri kimi formalaşmasında bu cür layihələrin maraqlı nəticələr ortaya çıxardığını qeyd edib. Bildirib ki, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Nicat Əsədliyə “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan folklorla bağlı əsərlərin yeniyetmələrin milli-mənəvi inkişafında rolu” mövzusunda elmi-tədqiqat işi verilmişdir. Bu mövzunun yerinə yetirilməsi zamanı qarşıya qoyulmuş məqsədlərdən biri də məktəblilərin qeyd olunan kitablardan çıxardığı nəticələr və həmin kitabların şagirdlərə təsiri məsələlərini aydınlaşdırmaq idi. Bunu müəyyənləşdirmək məqsədi ilə əvvəlcə layihəni yerinə yetirən Nicat Əsədlinin təhsil aldığı orta məktəbdə 4 komandanın iştirakı ilə qeyd olunan kitablardakı folklor mövzularına aid bilik yarışı keçirilmişdir.

Bu gün isə Naxçıvan şəhər 2, 5, 8 və 12 nömrəli tam orta məktəblərinin komandaları arasında Gənclər Fondunda bilik yarışının yekun mərhələsi keçirilib.

Şagirdlərdə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən folklorla bağlı kitabları dərindən araşdırmaq, yeniyetmələrə, xüsusilə orta məktəb şagirdlərinə müsbət təsirini müəyyən etmək və təbliğinə çalışmaq məqsədi daşıyan bilik yarışında faktlar və verilən cavablar əsasında yeni elmi nəticələr əldə etməyə çalışan Nicat Əsədlinin tərtib etdiyi suallar iki mərhələdə komandalara təqdim olunub.

Belə ki, ilk mərhələdə 2 nömrəli tam orta məktəbin “Dədə Qorqud”, 5 nömrəli tam orta məktəbin “Xarıbülbül”, 8 nömrəli tam orta məktəbin “Qarabağ” və 12 nömrəli tam orta məktəbin “Nizami” komandalarına 15 sual təqdim olunmuş və ən yaxşı nəticə göstərən “Dədə Qorqud” və “Xarıbülbül” komandaları final  mərhələsində yenidən üz-üzə gəlmişlər. Bu mərhələdə də komandalara 15 sual ünvanlanmışdır. Yekunda suallara daha çox düzgün cavab verən “Dədə Qorqud” komandası qalib olmuşdur.

Elxan Məmmədovun, Gülxanım Orucovanın və Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Şahmar Hüseynovun münsif kimi iştirak etdiyi müsabiqədə fərqlənən komandalara diplom və hədiyyələr təqdim olunub.

Nicat Əsədlinin yerinə yetirdiyi tədqiqat işinin praktik hissəsi kimi reallaşan bilik yarışından sonra sabahın tədqiqatçısı öz elmi araşdırmasının nəzəri hissəsini şagirdlərin cavabları əsasında təyin edib ortaya qoymağa çalışacaq.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg