Ordubad rayon Texniki Peşə və Sürücülük məktəbinin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayon məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir.
Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 7 qız və 11 oğlan olmaqla ümumilikdə 18 şagird iştirak etmişdir.
Yarışın yekun nəticəsinə əsasən oğlan şagirdlər arasında Yədulla Əliyev I yerə, Saleh Salehli II yerə, Seymur Abbasov III yerə, qızlar arasında isə Xanım İsmayılova I yerə, Pərvin Yusifli II yerə, Cəmilə Həbibli isə III yerə layiq görülmüşdür.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.