23 fevral 2021-ci il tarixdə Babək Rayon Uşaq Gənclər Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərində şahmat dərslərini tədris edən müəllimlərin rayon birinciliyi keçirilmişdir. Yarışda 22 şahmatçı iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd müəllimlərin peşə səviyyəsinin artırılması, istedadlı müəllimlərin müəyyənləşdirilməsi və Naxçıvan Muxtar Respublikası birinciliyinə namizədlərin seçilməsi idi. Babək Rayon Təhsil Şöbəsi və Babək Rayon Uşaq Gənclər Şahmat Məktəbi tərəfindən təşkil olunana yarış İsveçrə üsulu ilə keçirilmişdir. Oyun zamanı hər iştirakçıya 30 dəqiqə vaxt verilmişdir.
Görüşün yekun nəticəsinə görə I yerə Zaman Zamanov, II yerə Şəfaət Rəhimli, III yerə isə Məhəmməd Səfərəliyev layiq görülmüşdür.
Qaliblər sonda təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.