Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Rəsm Qalereyasında “26 fevral - Xocalı Soyqırımı Günü”nə həsr olunmuş rəsm sərgisində iştirak ediblər.
Sərgidə şagirdlərə Xocalı faciəsi haqqında ətraflı məlumat verilərək bildirilib ki, Xocalı faciəsi bizim qan yaddaşımızdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Rusiyanın 366-ci motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etmişlər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Daha sonra şagirdlər Xocalı soyqırımı əks olunmuş şəkillərə baxıblar.