• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün842
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə4579
mod_vvisit_counterBu ay25985
mod_vvisit_counterÜmumi2966796

Tarix: 15 Yan., 2025

Sədərək rayonunda məktəblilərin dram müsabiqənin rayon mərhələsi keçirilib

Fevralın 24-də Sədərək rayon məktəbliləri arasında dram müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqənin yanvarın 15-də keçirilən məktəbdaxili seçim mərhələsində Sədərək kənd 1 nömrəli tam orta məktəb üzrə Kitabi-Dədə Qorqud dastanının “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, Sədərək kənd 2 nömrəli  və Heydərabad qəsəbə tam orta məktəbləri üzrə  Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq”, Qaraağac kənd tam orta məktəbi üzrə isə İlyas Əfəndiyevin “Hökmdar və Qız” səhnələri qalib olaraq seçilmiş və müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Sədərək rayon Mədəniyyət Evində keçirilən müsabiqənin rayon mərhələsində 4 məktəb üzrə ümumilikdə 32 şagird iştirak edib.

Rayon mərhələsinin yekun nəticələrinə görə I yerə Qaraağac kənd tam orta məktəbi, II yerə Sədərək kənd 2 nömrəli tam orta məktəb, III yerə Sədərək kənd 1 nömrəli tam orta məktəb, həvəsəndirici yerə isə Heydərabad qəsəbə tam orta məktəbi layiq görülüb.

Qalib olan ümumtəhsil məktəbləri Sədərək Rayon Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqədə I yerə layiq görülən Qaraağac kənd tam orta məktəbi İlyas Əfəndiyevin “Hökmdar və Qız" əsərindən “Hökmdar və oğlunun söhbəti” səhnəsi ilə 8 aprel 2021-ci il tarixdə keçiriləcək müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg