• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün797
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə4534
mod_vvisit_counterBu ay25940
mod_vvisit_counterÜmumi2966751

Tarix: 15 Yan., 2025

Culfa rayon təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilmişdir

Culfa rayon ümumtəhsil məktəblərində Xocalı soyqırımını unutmamaq, nəsildən-nəslə ötürərək yaddaşlarda həkk olunması məqsədilə bir sıra tədbirlər təşkil olunmuşdur. Culfa rayon Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilmiş “Xocalı faciəsi XX əsrin ən böyük soyqırımıdır” mövzusunda açıq dərs keçirilmişdir.

Tədbirdə bildirmişlər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Rusiya ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının bölmələrinin yardımı və iştirakı ilə hərbi məntəqə kimi çox böyük əhəmiyyəti olan Xocalı şəhərində soyqırım törətdilər. Soyqırım zamanı qocalara, qadınlara, uşaqlara hətta körpələrə belə rəhm etmədilər. Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir tarixi cinayətdir. Qeyd edilmişdir ki, Xocalı faciəsinə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev vermişdir.

Tədbirin sonunda məktəbin şagirdləri muzeydə olan eksponatlarla tanış olmuşlar.

Həmçinin Culfa şəhər 3 nömrəli tam orta məktəbdə “Xocalı harayı” mövzusunda tədbir keçirilmişdir.

Keçiriliən tədbirdə Xocalı soyqırımı zamanı törədilən cinayət və vəhşiliklər haqqında şagirdlərə ətraflı məlumat verilmişdir.

Məktəblilər Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndirmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etmişlər.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg