Şahbuz rayon ümumtəhsil məktəblərində də Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.
Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə bu dəhşətli faciə haqqında şagirdlərə məlumat verilmişdir. Məktəblərdə sərgilər təşkil edilmiş, şagirdlər insanlığa sığmayan bu faciə ilə bağlı şəkillərlərlə tanış olmuşlar. Həmçinin Xocalı faciəsi ilə bağlı videoçarxlar nümayiş etdirilmiş, şagirdlər tərəfindən şeirlər səsləndirilmişdir.
Faciə haqqında məlumat verənlər erməni cəlladlarının dinc insanlara qarşı törətdiyi vəhşilikləri, Xocalıda itkin düşən insanlar haqında hələ də heç bir məlumatın olmadığını şagirdlərin nəzərinə çatdırmış və bildirmişlər ki, dünyanın gözü qarşısında baş verən bu dəhşətli faciə Azərbaycan xalqının yaddaşından heç vaxt silinə bilməz.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi