• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün778
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə4515
mod_vvisit_counterBu ay25921
mod_vvisit_counterÜmumi2966732

Tarix: 15 Yan., 2025

Ordubad rayon təhsil müəssisələrində Xocalı soyqırımı ilə əlaqəli tədbirlər təşkil olunub

Ordubad rayon məktəblərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, Ordubad Rayon İnternat tam orta məktəbinin X sinif şagirdlərinə Məmməd Tağı Sidqinin ev muzeyində Xocalı soyqırımı ilə əlaqəli açıq dərs keçirilmişdir. Dərsdə məktəbin tarix müəllimi Şərafət Babayeva Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə şagirdlərə tarixi faktlarla geniş məlumat verib.

Həmçinin Ordubad Rayon Uşaq Gənclər Yaradıcılıq Məktəbində “Xocalı Soyqırımı uşaqların gözü ilə” əl işlərindən ibarət sərgi  nümayiş olunmuşdur. Tədbirdə şagirdlərə bildirilmişdir ki, 29 il əvvəl erməni silahlı dəstələri Rusiyanın Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, əsir düşmüş, girov götürülmüşdür. Nə qədər insan erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur. Qeyd edilib ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Sonda, Uşaq Gənclər Yaradıcılıq Məktəbinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgisinə baxış olub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg