• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün631
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7160
mod_vvisit_counterBu ay30989
mod_vvisit_counterÜmumi2498254

Tarix: 20 Apr., 2024

Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri arasında dram müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 1 mart 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.

Azərbaycan  və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların siyahısı”a daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə keçirilən müsabiqənin seçim mərhələsi yanvar ayı ərzində keçirilmiş və seçilmiş səhnələr şəhər mərhələsində iştirak etmək hüququ qazanmışdır. Bu gün keçirilən şəhər mərhələsində isə 5 məktəb üzrə 54 şagird iştirak edib.

Bu mərhələdə Heydər Əliyev adına Hərbi Lisey üzrə Mirvari Dilbazinin “Xocalı fəryadı”, Heydər Əliyev adına tam orta məktəb üzrə Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, Naxçıvan Qarnizonu tam orta məktəbi üzrə Süleyman Rüstəmin “Ana və poçtalyon”, Naxçıvan Qızlar Liseyi üzrə Hüseyn Cavidin “Qız məktəbində”, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə isə Hüseyn Cavidin “Topal Teymur” əsərləri səhnələşdirilib.

Şərtlərə görə müsabiqədə məktəblilərin qiymətləndirilməsi onların geyimi, aktyor oyunu və obrazlı ifasına, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı meyarlarına görə aparılıb.

Müsabiqənin şəhər mərhələsində I yerə Heydər Əliyev adına Hərbi Lisey, II yerə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, III yerə isə Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan Qızlar Liseyi layiq görülüb. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıblar.

I yerə layiq görülən Heydər Əliyev adına Hərbi Lisey üzrə Mirvari Dilbazinin “Xocalı fəryadı” səhnəsi müsabiqənin 8 aprel 2021-ci il tarixdə keçiriləcək muxtar respublika mərhələsində iştirak edəcək.

Qeyd edək ki, dram müsabiqələrinin təşkil olunması eyni zamanda ümumtəhsil məktəblərinin müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafını formalaşdırmaqda mühüm rol oynayır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg