Martın 2-də Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Babək rayon ümumtəhsil məktəbləri arasında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib. Bu mərhələdə müsabiqənin yanvarın 15-də keçirilmiş məktəbdaxili mərhələsində qalib olan Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbi H.Cavidin “İblis”, Kərimbəyli kənd tam orta məktəbi S.Vurğunun “Vaqif”, Şəkərəbad kənd orta məktəbi C.Məmmədquluzadənin “Poçt qutusu”, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəb isə H.Cavidin “İblis” səhnəsi ilə çıxış edib.
Babək rayon Mədəniyyət Evində keçirilən müsabiqədə 4 ümumtəhsil məktəbi üzrə ümumilikdə 29 şagird iştirak edib.
Müsabiqənin yekun nəticələrinə görə Nehrəm qəsəbə 1 nörəli tam orta məktəbi I yerə, Kərimbəyli kənd tam orta məktəbi II yerə, Cəhri qəsəbə 1 nömrəli tam orta məktəb III yerə, Şəkərəbad kənd tam orta məktəbi isə həvəsləndirici yerə layiq görülüb.
Qaliblər Babək Rayon Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıblar.
Müsabiqədə I yerə layiq görülən Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəb H.Cavidin “İblis” əsəri ilə 8 aprel 2021-ci il tarixdə keçiriləcək muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi