• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün936
mod_vvisit_counterDünən1751
mod_vvisit_counterBu həftə2687
mod_vvisit_counterBu ay24093
mod_vvisit_counterÜmumi2964904

Tarix: 14 Yan., 2025

Babək rayon ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir

 

Məktəblilərin bilik və bacarıqlarını artırmaq, intelektual səviyyələrinin inkişafı və müsbət vərdişlərin formalaşması məqsədi ilə Babək rayon ümumtəhsil məktəblərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Babək şəhər 1 nömrəli tam orta məktəbdə Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş baksedbol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Oyun Nehrəm qəsəbə 1 nömrəli və Babək şəhər 1 nömrəli tam orta məktəblər arasında baş tutmuşdur. Oyunun sonunda komandalar diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

Babək rayon Uzunoba kənd tam orta məktəbində isə məktəb rəhbərliyi tərəfindən mülkü müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir. Mülkü müdafiə gününün əhəmiyyəti haqqında şagirdlərə ətraflı məlumat verildikdən sonra fövqaladə hal zamanı ilkin tibbi müdaxilənin vacibliyi və qaydaları şagirdlərə izah olunmuşdur.

Eyni zamanda Babək Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Babək şəhər 2 nömrəli tam orta məktəbdə “Xəmsə” intelektual bilik yarışı keçirilmişdir. Yarışda Babək şəhər 1 və 2 nömrəli, Yarımca, Hacıvar və Şəkərəbad kənd tam orta məktəbləri iştirak etmişdir. Şərtlərə görə iştirak edən komandalar arasında suallara ən çox düzgün cavab verən komanda qalib elan edilmişdir. Beləliklə yarışın yekun nəticələrinə görə Yarımca kənd tam orta məktəbi I, Babək şəhər 1 nömrəli tam orta məktəb II, Hacıvar kənd tam orta məktəbi isə III yerə layiq görülmüşdür. Qaliblər təşkilatçılar tərəfindən diplom və müxtəlif hədiyyələrlə qiymətləndirilmişdir.

Həmçinin Babək Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin və Polis Şöbəsinin birgə təşkilatçılığ ilə Babək şəhər 2 nömrəli və Şəkərəbad kənd tam orta məktəblərində peşə ixtisasına maraqlı şagirdlərlə görüş keçirilmişdir. Görüşün əsas məqsədi şagirdlərin peşə məktəblərinə marağını artırmaq və özlərinə uyğun peşə seçiminə düzgün istiqamətləndirmək olmuşdur.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

 

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg