• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1024
mod_vvisit_counterDünən1751
mod_vvisit_counterBu həftə2775
mod_vvisit_counterBu ay24181
mod_vvisit_counterÜmumi2964992

Tarix: 14 Yan., 2025

Culfa rayon təhsil müəssisələrində tədbirlər keçirilib

Culfa Rayon Təhsil  Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Culfa rayon  bölməsinin birgə təşkilatçılığı ilə Culfa Şəhər Mərkəzi Stadionunda “5 mart - Bədən Tərbiyyəsi və İdman Günü”nə həsr olunmuş oğlan və qız yeniyetmələr arasında atletika idman növləri  üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri atletika idman növünə cəlb etmək, atletika idman növünü inkişaf etdirmək və kütləviliyinə nail olmaq, yeniyetmələrdən ibarət atletika idman növü üzrə yığma komandanın tərkibini müəyyənləşdirmək ibarət olmuşdur. Yarış qızlar və oğlanlar arasında qaçış, nizəatma  və yadro itələmə növləri üzrə keçirilmişdir. Yekun nəticəyə əsasən Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası I, Culfa şəhər 2 nömrəli tam orta məktəbin komandası II, Yaycı kənd 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Qaliblərə təşkilatçılar tərəfindən diplom və kubok verilmişdir.

Həmçinin Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində sağlamlıq imkanları məhdud uşaqlar arasında “5 mart - Bədən Tərbiyəsi Günü”  münasibətilə şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon Bölməsi, Culfa Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Paralimpiya  Federasiyasının Culfa Rayon Bölməsi tərəfindən təşkil edilmişdir. 5 turdan ibarət olan yarış İsveçrə sistemi ilə keçirilmişdir. Yekun nəticələrə görə I yerə Turan Nağıyev, II yerə Elcan Məmmədov, III yerə isə Ramin Babayev layiq görülmüşdür. Sonda bütün yarış iştirakçılarına təşkilatçılar tərəfindən diplom və hədiyyələr verilmişdir.

Eyni zamanda Culfa Rayon Təhsil Şöbəsi və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq və onların asudə vaxtlarının səmərəli təşkil etmək məqsədilə rayonun VIII-XI sinif şagirdləri arasında “Xəmsə” milli-intellektual bilik yarışı keçirilmişdir. Yarışın nəticələrinə görə Ərəzin kənd tam orta məktəbinin “Əlincə” komandası I yerə, Əbrəqunus kənd tam orta məktəbinin “Zirvə” komandası II yerə, Kırna kənd tam orta məktəbinin “Darıdağ” komandası III yerə, Əlincə kənd tam orta məktəbinin “Araz” komandası isə həvəsləndirici yerə layiq görülmüşdür. Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg