• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün974
mod_vvisit_counterDünən1751
mod_vvisit_counterBu həftə2725
mod_vvisit_counterBu ay24131
mod_vvisit_counterÜmumi2964942

Tarix: 14 Yan., 2025

Muxtar respublika məktəbliləri arasında “Naxçıvanımızı tanıyaq” müsabiqəsinə start verildi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Naxçıvanımızı tanıyaq” adlı müsabiqəyə start verilib. Müsabiqənin keçirilməsində məqsəd müasir Naxçıvanın inkişaf yolları, qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, görkəmli nümayəndələri haqqında şagirdlərin biliklərini artırmaq, onlarda Vətənə, torpağa bağlılıq hisslərini gücləndirmək və xüsusi istedada malik şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

2 mərhələdə təşkil edilən müsabiqənin şəhər (rayon) mərhələsinin 10 mart 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək, muxtar respublika mərhələsinin isə 5 may 2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulub. Müsabiqə IX-XI sinif şagirdləri arasında keçirilir.

İlk olaraq Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında təşkil edilən müsabiqə martın 11-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində baş tutub.

Müsabiqənin ümumi şərtlərinə görə bu mərhələdə şagirdlərə Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, mədəniyyəti, incəsənəti, tarixi abidələri və müasir dövr inkişafına həsr edilmiş 40 sual təqdim olunub. Şərtlərə görə təqdim edilmiş sualları 10 saniyə ərzində cavablandıraraq ən yaxşı nəticə göstərən komandalar II mərhələyə vəsiqə qazanır.

Beləliklə, Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında şərtləri ödəyən Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin komandası muxtar respublika mərhələsində iştirak edəcək.

Qeyd edək ki, müsabiqənin muxtar respublika mərhələsində şagirdlərə 50 sual təqdim olunacaq və bu mərhələdə ən yüksən xal toplayan komandalar münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerlərə layiq görüləcəklər. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg