• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1011
mod_vvisit_counterDünən1751
mod_vvisit_counterBu həftə2762
mod_vvisit_counterBu ay24168
mod_vvisit_counterÜmumi2964979

Tarix: 14 Yan., 2025

Hami ixtisaslarda təhsil alan tələbələrin innovativ dərnəklərə ekskursiyaları təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ilində də hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik biliklərini artırmalarını diqqətdə saxlayır. Bu istiqamətdə görülən işlərin davamı olaraq Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olan tələbələrin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin innovativ dərnəklərinə ekskursiyaları təşkil edilib.

Belə ki, qrafikə uyğun olaraq 9 mart-1 aprel 2021-ci il tarixlərdə “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, İnformatika, Kimya, Biologiya, Alman dili, Coğrafiya, İngilis dili, Fiziki tərbiyə və Tarix ixtisasları üzrə təhsil alan 90 tələbə, 6 aprel-18 may 2021-ci il tarixlərində isə Naxçıvan Müəllimlər İnstitutunun İTPM və Riyaziyyat-informatika ixtisasları üzrə təhsil alan 194 tələbə mərkəzin STEAM, Robotexnika, Memarlıq-Dizayn, Mental-Aritmetika və digər yaradıcı dərnəkləri ilə tanış olacaqlar. Tələbələr ekskursiya müddətində dərnəklərin fəaliyyəti ilə tanış olacaq, nəzəri məlumatlar əldə edəcək, praktiki təcrübə keçəcəklər.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev qeyd edib ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqəsədilə məktəbdənkənar təhsil müəssisələrinin tədris bazası gücləndirilib, yeni innovativ dərnəklər yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində innovasiyaların tətbiqi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Sonra tələbələr innovativ dərnəklərlə tanış olub, dərnəklərin təşkili ilə bağlı məlumatlar onların diqqətinə çatdırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg