Sədərək kənd 2 nömrəli tam orta məktəbdə Sədərək Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Polis Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayan uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi mövzusunda profilaktik tədbir keçirilib.
Eyni zamanda Sədərək kənd 1 nömrəli tam orta məktəbdə yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün Tədbirlər Planına uyğun olaraq Sədərək Rayon Təhsil Şöbəsi və Polis Şöbəsinin Dövlət Yol Polis Qrupunun əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Çıxış edənlər qeyd ediblər ki, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması diqqət mərkəzindədir. Yol hərəkəti nişanları ilə bağlı geniş məlumat verilərək bildirilib ki, əsas diqqət təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəlməli və hər kəs qanunlara riayət etməlidir.
Tədbirdə məcburi hərəkət istiqaməti nişanları, məlumat verici və göstərici nişanlar barədə şagirdlərə elektron lövhədə məlumat verilib.
Yol hərəkəti təhlükəsizliyi mövzusunda mariflədirici videoçarx izləndikdən sonra şagirdləri maraqladıran suallar cavablandırılıb.