Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri muzeylərdə təşkil olunan açıq dərs və sərgilərdə iştirak etmişlər.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Hüseyn Cavid Ev Muzeyində, 6 nömrəli tam orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin Ev Muzeyində, 9 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski Ev Muzeyində, 12 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Xalça muzeyində, 15 nömrəli tam orta məktəbin şagirdləri isə Naxçıvan şəhər Xatirə Muzeyində keçirilən açıq dərslərdə iştirak etmişlər.
Təşkil edilən dərslərdə muzeylər haqqında şagirdlərə ətraflı məlumat verilmiş, muzeylərin ekspozisiyasına baxış olmuşdur.
Bundan başqa, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən bahar bayramına həsr olunmuş “Baharın səsi” adlı sərgidə iştirak etmişlər. Sərgidə baharın gəlişi - Novruz bayramına həsr olunmuş əsərlər sərgilənmiş və şagirdlərə rəsm əsərləri haqqında məlumat verilmişdir. Tədbirin sonunda ekspozisiyaya baxış keçirilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi