• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün913
mod_vvisit_counterDünən1751
mod_vvisit_counterBu həftə2664
mod_vvisit_counterBu ay24070
mod_vvisit_counterÜmumi2964881

Tarix: 14 Yan., 2025

Təhsilverənlərin sertifikatlaşdırılması davam edir

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırmaya cəlb olunurlar.

Müəllimlik kifayət qədər ciddi, ən vacib, cəmiyyətin tərəqqisinə təsir edən peşədir. Dövrün tələbinə uyğun olaraq hər bir müəllim müasir təhsil sisteminə uyğun olaraq öz peşəkarlıq səviyyəsini yüksəltməlidir. Təhsilin səviyyəsinin müəllimin səviyyəsindən asılı olduğu qənaətinə əsas verəcək təhsilverənlərin sertifikatlaşdırmasında əsas hədəf müəllimlərin səviyyəsinin müəyyənləşdirilməsidir. Məhz bunun nəticəsidir ki, Qaydaya uyğun olaraq bundan sonra hər 5 ildən bir təhsilverənlərin sertifikasiyası keçiriləcək. Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur.

Sertifikasiya zaman hər bir müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydada dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji fəaliyyəti müəyyənləşdirilir. Bu prosesin məqsədi də ildən-ilə inkişaf edən təhsildə müəllimin müasir təhsilə nə dərəcədə uyğun olmasını yoxlamaqdır.

Muxtar respublikada təhsilverənlərin sertifikatlaşdırılması uğurla davam edir. Məlumdur ki, yanvarın 14-dən sertifikatlaşdırmaya başlanılıb və bu proses aprelin sonunadək davam edəcək. Test mərhələsində tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim metodikasına aid müvafiq keçid balını toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanmış olur. Beləliklə, 14-21 yanvar tarixlərində keçirilən test imtahanlarında 462 riyaziyyat müəllimi, 21 yanvar-13 fevral tarixlərində keçirilən test imtahanlarında 659 ibtidai sinif müəllimi, 15-20 fevral tarixlərində keçirilən test imtahanlarında isə 418 Azərbaycan dili və ədəbiyyatı müəllimi sertifikatlaşmanın müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır. Martın 15-dən isə tarix müəllimlərinin sertifikatlaşmasının test mərhələsi aparılır.

Serifikatlaşmanın II mərhələsi - müsahibə mərhələsi isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası tərəfindən aparılır.

Bu mərhələdə iştirak edən hər bir təhsilverənin qiymətləndirilməsi proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı kimi meyarlar əsasında maksimum 40 balla aparılır. Müsahibə mərhələsində 21 yanvar-13 fevral tarixlərində riyaziyyat, 24 fevral-12 mart tarixlərində isə ibtidai sinif müəllimləri iştirak etmiş və uğur qazanaraq sertifikatla təmin olunmuşlar. Martın 13-dən isə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin müsahibə mərhələsi aparılır. Bu proses aprelin 1-dək davam edəcək.

Qaydaya əsasən, üzrlü, yaxud üzrsüz səbəblərdən sertifikasiyadan keçə bilməyənlər 1 il müddətində təkrar iştirak hüququna sahib olurlar. Hamilə qadınlar, ilk dəfə işə qəbul olunanlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər sertifikasiya olunmurlar.

Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi həmin tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv ediləcək.

Muxtar respublikada təhsil daim inkişaf edən sahədir. Təhsilin inkişafına yönəlmiş addımlardan biri olan təhsilverənlərin sertifikatlaşması prosesinin davamlı olması hər bir müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi bir stimul yaradır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg