• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün786
mod_vvisit_counterDünən3416
mod_vvisit_counterBu həftə8340
mod_vvisit_counterBu ay786
mod_vvisit_counterÜmumi2829945

Tarix: 01 Noy., 2024

“Milli-mənəvi dəyər daşıyıcısı – Novruz” adlı interaktiv dərs keçirilib

18 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv dərs keçirilib. AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova interaktiv dərsdə Azərbaycanın milli bayramı olan Novruz bayramının yaranması və Novruz bayramına aid adət-ənənələr haqqında şagirdlərə geniş məlumat verib.

Bildirilib ki, Azərbaycan türkləri çox qədim vaxtlardan öz əcdadlarının yaranışı və törənməsini, zaman və fəsil anlayışlarını, bolluq və firavan həyat arzularını ifadə edərək bayramlar yaratmışlar. Bu bayramları zaman keçdikcə ənənə və mərasimlərlə, oyun və nəğmələrlə, yallı və digər rəqslərlə bəzəyərək tarixə hədiyyə etmişlər. Belə böyük, ulu bayramlardan biri də yeni təqvimlə mart ayının 20-21-22-də keçirilən Novruz bayramıdır.

Vurğulanıb ki, Novruz bayramı milli birlik, bərabərliyi özündə ehtiva edən bayramdır. Bu bayramın hər məqamında yaşayan türklüyü simvolizə edən adət və ənənələr günümüzə qədər gəlib çatmışdır. Tarixin müxtəlif dönəmlərində Novruzun keçirilməsinə qadağalar qoyulmuşdur. Lakin milli kimlik düşüncəsi ilə qəlbi döyünən şəxsiyyətlərimiz bu bayramın icrasının yenidən bərpasına nail olmuşlar. Novruzun dövlət səviyyəsində qeyd olunması ümummili liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndər 1969-cu ildə hakimiyyətə gəldiyi dönəmdən etibarən Novruz xalqımız tərəfindən böyük həvəslə keçirilməyə başladı. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra öz tarixi keçmişini, zəngin ənənələrini inkişaf etdirib, məhz bundan sonra digər milli bayramlar kimi, Novruz da daha geniş qeyd olunmağa başlanıb. Uzun əsrlərdir ümumxalq bayramı-Novruz ölkəmizin digər guşələrində olduğu kimi Naxçıvan Muxtar Respubliksında da müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır.

Qeyd edilib ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT-nin 64-cü Baş Assambleyasının iclasında hər il martın 21-i günü “Beynəlxalq Novruz Günü” elan olunub.

İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg