Azərbaycan - doğma yurdumuz daima digər dövlətlərlə müsbət siyasi və iqtisadi əlaqələrdə olmuş, öz mövqeyini beynəlxalq aləmə tanıtmışdır. Lakin qonşu dövlətlərdən biri olan Ermənistan tarix boyu bizim torpaqlarımıza göz dikmiş və daim onları əldə etməyə çalışmışdır. Düşmən Ermənistan dövləti digər ölkələrdən aldığı silahların hesabına 1992-1993-cü illərdə dinc silahsız əhaliyə qarşı qırğınlar törədərək doğma yurdumuzun 20% torpağını işğal etmişdir. Onlar yanlız bununla kifayətlənməmiş, həmçinin XX əsrdə azərbaycanlılara qarşı çoxlu sayda qırğınlar törətmiş və işğal etdikləri ərazilərdən Azərbaycanın sərhəd zonalarına atəşkəs olmasına baxmıyaraq atəş açmış və heç bir beynəlxalq qanunlara məhəl qoymadan, işğalçılıq siyasətlərini davam etdirmişlər. Bütün bunlar xalqımızda düşmənə qarşı sonsuz nifrət yaratmış, işğal olunmuş torpaqları azad etmək həsrətiylə qovurmuşdur.
2020-ci il sentyabırın 27-də Ermənistanın Azərbaycanın sərhədlərində atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi müharibənin başlamasına səbəb oldu. Müharibə zamanı Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan olunarkən Azərbaycanda qismən səfərbərlik və hərbi vəziyyət elan olundu. Hər iki ölkə müharibəyə çoxlu sayda canlı qüvvə və hərbi texnika göndərdi. Azərbaycanlı əsgərlərin öz əziz və doğma torpaqları üçün göstərdikləri qəhrəmanlıqlar nəticəsində üstünlük bizim əlimizdə oldu. Bundan əlavə hərbi texnikamızın üstünlüyü və ondan düzgün istifadə də düşmənləri qorxuya saldı. Bütün bu uğurlara baxmayaraq beynəlxalq aləmdə Azərbaycanın öz əzəli və əbədi torpaqları üçün etdiyi bu müharibə qınandı və dayandırılması tələbi irəli sürüldü. Azərbaycan isə öz qətiyyətli mövqeyindən dönməyərək müharibəni uğurla başa vurmuşdur. II Qarabağ müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuz öz gücünü dünyaya göstərmiş və bu zaman bizə dəstək olan ölkələrə öz minnətdarlığını bildirmişdir. Bu döyüşlər zamanı isə mənfur düşmənimiz ölkəmizin sosial dayağını sarsıtmaq və əhalini qorxuya salmaq üçün dinc yaşayış yerlərinə istifadəsi qadağan olan bombalar atmışdır. Buna baxmayaraq xalqımız bundan qorxmamış və əksinə, daha güclü şəkildə birləşmişdir. Müharibə 10 noyabr 2020-ci il tarixdə Azərbaycanın zəfər qələbəsi ilə başa çatmışdır.
Torpaqlarımız uğrunda müharibə zamanı 2855 şəhidimiz olmuş, onların hər biri öz doğma vətənləri üçün qəhrəmancasına böyük igidliklər göstərərək şəhid olmuşdur.
Naxçıvanlı şəhidlər də bu müharibə zamanı xüsusi qəhrəmanlıqlar göstərmiş və ölümlərindən sonra müxtəlif medallarla təltif olunmuşdur. Onlar müharibə zamanı döyüşlərin ən qızğın yerlərinə getmişdir. Belə ki, naxçıvanlı qüvvələrdən Naxçıvan Əlahiddə Ümümqoşun ordunun 139 nəfər hərbi qulluqçusu (15-i ölümündən sonra) “Xocavəndin azad olunmasına görə”, 647 nəfər hərbi qulluqçusu (58 nəfəri ölümündən sonra) “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişlər. Bununla yanaşı Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzə Dövlət Xidmətinin 69 nəfər hərbi qulluqçusu (30-u ölümündən sonra) “Hərbi xidmətlərə görə medalı” ilə təltif edilmişlər. Onlardan 4-ü polkovnik leytenant, 3-ü mayor, 3-ü kapitan, 4-ü baş leytenant, 5-i leytenant, 3-ü baş gizir, 2-si gizir, 2-si kiçik çavuş, 1-i baş əsgər, 40-ı əsgər rütbəsində olmuşlar. Bunların hər biri naxçıvanlı əsgərlərin rütbəsindən asılı olmayaraq ölkəsinə tam vətənpərvərliklə xidmət etdiyini göstərir. Ümumilikdə Naxçıvan şəhərindən döyüşlərdə iştirak edənlərdən 100-ə yaxını qəhrəmancasına şəhid olmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Onlar bizim və doğma yurdumuzun gələcəyi üçün öz gələcəklərindən keçən qorxmaz və ölməz qəhrəmanlardır.
Pənahlı Cəmşid Nurlan oğlu
Hümbətova Aydan Azər qızı
“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin XI sinif şagirdləri