• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün969
mod_vvisit_counterDünən3416
mod_vvisit_counterBu həftə7927
mod_vvisit_counterBu ay969
mod_vvisit_counterÜmumi2830128

Tarix: 01 Noy., 2024

Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin Sədərək rayon turu keçirilib

18 mart 2021-ci il tarixdə Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin Sədərək rayon turu keçirilib.

Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi şagirdlərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, onların fərdi potensiallarının inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Müsabiqədə məktəblilərə öz potensiallarını nümayiş etdirmələri üçün “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları təqdim ediblər.

II mərhələdə Sədərək rayonu üzrə məktəbdaxili seçim mərhələsində fərqlənən 4 ümumtəhsil məktəbi üzrə 21 şagird 76-ya yaxın əl işi ilə iştirak edib. Bu mərhələdə məktəblilər rəsm, toxuma, tikmə, daş üzərində döymə, gips üzərində oyma, kağız fiqurlar və s. digər əl işləri ilə iştirak ediblər. Nümayiş olunan əl işləri münsiflər heyəti tərəfindən rəsmlərin mövzuya uyğunluğu, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib. Beləliklə, Sədərək rayon ümumtəhsil məktəbləri üzrə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə 1 əl işi I, 2 əl işi II, 3 əl işi III, 5 əl işi isə həvəsləndirici yerə layiq görülüb. Rayon mərhələsində yer tutan əl işləri müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.

Sonda qaliblər diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg