• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1727
mod_vvisit_counterDünən1915
mod_vvisit_counterBu həftə1727
mod_vvisit_counterBu ay23133
mod_vvisit_counterÜmumi2963944

Tarix: 13 Yan., 2025

Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin növbəti mərhələsi Kəngərli rayonunda keçirilib

18 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin növbəti mərhələsi Kəngərli rayonunda keçirilib.

Müsabiqə məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Müsabiqədə məktəblilərə öz potensiallarını nümayiş etirmələri üçün “Naxçıvan dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri”, “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları təqdim edilib.

Məktəb  mərhələsində seçilmiş ən yaxşı işlər rayon mərhələsinə təqdim edilib.

Müsabiqənin rayon mərhələsində 50 şagird müxtəlif 100 əl işi ilə  iştirak edib. Sərgi ilə tanışlıqdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Müəlliflərin təqdim etdiyi işlər mövzuya uyğunluq, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı, təsvirin dolğunluğu və işin təqdimatının orijinallığı meyarları üzrə münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirilib.

Münsiflər heyətinin rəyinə əsasən, təsviri və dekorativ-tətbiqi sənət sahələrinin hər biri üzrə I yer üçün - 1, II yer üçün – 2, III yer üçün - 3, həvəsləndirici yer üçün - 5 qalib müəyyən edilib. Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg