Sədədərək Rayon Təhsil Şöbəsi, Şahmat Federasiyasının rayon bölməsi, Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məkətəbi və İzmir Deha Satranc Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə şahmatçı şagirdləri arasında “Bir Millət İki Dövlət” devizi altında Yoldaşlıq görüşü keçirilib.
Görüşdə Azərbaycanın rayon və şəhərlərindən Yevlax, Göyçay, Ucar, Ağdaş, Samux, Oğuz, Tərtər, Balakən Uşaq Gənclər İdman Şahmat məktəbləri, Naxçıvan Muxtar Respublikasından Sədərək və Kəngərli Rayon Uşaq Gənclər Şahmat məktəbləri, Türkiyə Respublikasından isə İzmir Deha, Muğla, Ankara, Beyaz kale, Denizli, İsgenderum, Karşıyaka, Manisa, Sardes və Kırıkkale Satranc mərkəzləri və klubları olmaqla, ümumilikdə 20 komanda iştirak edib.
401 müxtəlif dərəcəli şahmatçı şagird iştirak etdiyi görüş lichess.org internet plortforması vastəsilə Youtube üzərindən canlı yayımlanıb.
Görüşün yekun nəticələrinə əsasən A və B qrupundan ilk beşliyə daxil olan Turqutlu Deha, Yevlax, Muğla və Ankara və İhtisas, Balakən, İzmir Deha, Aktif kal və Karşıyaka Şahmat məktəb və klubları 21 mart 2021-ci il tarixdə saat 18:00-da keçiriləcək görüşün final mərhələsinə vəsiqə qazanıb.