• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün435
mod_vvisit_counterDünən1915
mod_vvisit_counterBu həftə435
mod_vvisit_counterBu ay21841
mod_vvisit_counterÜmumi2962652

Tarix: 13 Yan., 2025

Naxçıvan şəhər ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər təşkil olunub

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin VI sinif şagirdləri arasında bilik yarışı keçirilib. “Şuşa”, “Xarıbülbül”, “Suqovuşan”, “Sarı gəlin” və “Zəfər” komandalarının iştirak etdiyi yarışda şagirdlərə Azərbaycan dili fənni üzrə 15, Riyaziyyat fənni üzrə 15, II Qarabağ müharibəsi mövzusunda isə 10 sual verilib. “Şuşa” komandası ən çox suala cavab verdiyi üçün I, “Xarıbülbül” komandası II,  “Sarı gəlin” komandası isə III yerə layiq görülüb.

Həmçinin Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə məktəbin ədəbiyyat müəllimlərindən Nəsibə İsmayılova “Hikmət xəzinəsinin inciləri”, Gülnar Tarverdiyeva “Nizami Gəncəvi lirikası” mövzusunda çıxış edib. Daha sonra VII sinif şagirdləri N.Gəncəvinin poema və hekayələri haqqında məlumat verib, sənətkarın zəngin yaradıcılığından hikmət və nəsihətlər söyləyiblər. Tədbir müddəti məktəbin VII sinif şagirdi Sənan Nəsirov Nizami Gəncəvinin rəsmini çəkib. Sonda dahi şairin lirikasından “Sənsiz” qəzəlinin sözlərinə bəstələnmiş romans səsləndirilib.

Eyni zamanda məktəbdə İngilis dili ixtisası üzrə təcrübədə  olan “Naxçıvan” Universitetinin tələbələrinə məktəbin fənn müəllimləri tərəfindən öyrədici seminarlar keçirilib. Seminardan öncə məktəbin direktoru İlahə Fərəcova çıxış edərək “Naxçıvan” Universitetinin əməkdaşları və təcrübəçi tələbələri  salamlayaraq, təhsilə göstərilən dövlət qayğısından bəhs edib. Tələbələrin təcrübələrini daha səmərəli keçirməsi üçün məktəbdə onlara yaradılan imkanlardan söz açıb.

“Naxçıvan” Universitetinin əməkdaşlarının çıxışları dinlənildikdən sonra məktəbin müəllimləri Gülnarə Abdullayevanın “Prespektiv planlaşdırma”, Pəri Abdullayevanın “Gündəlik planlaşdırma”, Səidə Əsədzadənin isə “Müəllimlərin etik davranış qaydaları” mövzularında hazırladıqları slaytlar tələbələrə nümayiş olunub.

Sonda tələbələrin sualları cavablandırılıb və planlaşdırma nümunələri hazırlanıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg