• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün450
mod_vvisit_counterDünən1915
mod_vvisit_counterBu həftə450
mod_vvisit_counterBu ay21856
mod_vvisit_counterÜmumi2962667

Tarix: 13 Yan., 2025

Açıq dərnək məşğələsi keçirilib

Martın 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2021-ci ilin mart ayı ərzində keçiriləcək tədbirlər planına əsasən Ekoloji Tərbiyə Mərkəzində “Ekoloji məktəb” layihəsinin davamı olaraq “Qızılgül bitkisinin əkilməsi və ona aqrotexniki qulluq qaydaları” mövzusunda açıq dərnək məşğələsi keçirilib.

Mərkəzin həyətyanı sahəsində “Gülçülük və ailə” dərnəyinin rəhbəri Səbinə Hacıyeva tərəfindən tədris olunan məşğələdə dərnək üzvlərinə güllərin əkilməsi, onlara qulluq edilməsi qaydalarını, bir sözlə gülçülüyün bütün sirlərini öyrətməyə çalışıb.

Bu məqsədlə dərnək rəhbəri ilk əvvəl qızılgül bitkisinin qədim mədəniləşmə tarixi, təsnifatı, kök sistemi, zoğları, yarpaqları və rəngarəng çiçəkləri haqqında məlumat verib. Daha sonra dərnək rəhbərinin qızılgülün əkilmə qaydaları haqqında izahatı dərnək üzvləri tərəfindən praktiki olaraq həyata keçirilib.

Dərnək rəhbəri bitkiyə sonrakı qulluq qaydaları haqqında məlumat verib. Bildirilib ki, birinci qulluq bitkinin suvarılmasıdır. Həftədə bir-iki dəfə bitki bol sulanmalıdır. İkinci qulluq qaydası bitkiyə müxtəlif gübrələrin verilməsidir. Yazda və yayda azot gübrəsi verilir ki, bitki yeni pöhrələr versin. Payızda fosfor və kalium bol qönçələməsi üçün vacibdir. Sentyabrdan sonra yalnız sönmüş peyin verilə bilər.

Dərnək rəhbəri tərəfindən dərnək üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg