Ordubad Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ordubad şəhər 3 nömrəli tam orta rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı və şeir müsabiqəsi keçirilib. Müsabiqə şagirdlərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanması məqsədilə təşkil edilib.
Müsabiqəyə rayon ümumtəhsil məktəbləri üzrə 20 inşa yazı təqdim olunub. Münsiflər heyətinin qərarı ilə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Züleyxa Kamil qızı I yerə, Kotam kənd tam orta məktəbin şagirdi Məmmədli Rəvan Heydər oğlu II yerə, Vələver kənd tam orta məktəbin şagirdi Əsgərova Raidə Ceyhun qızı isə III yerə layiq görülüb.
Şeir müsabiqəsində isə rayon ümumtəhsil məktəbləri üzrə 17 şagird iştirak edib. Şagirdlər vətənpərvərlik mövzusunda şeirləri bədii qiraət ediblər. Sonda münsiflər heyətinin qərarı ilə Üstüpü kənd tam orta məktəbin şagirdi Fərzəliyev Nail Natiq oğlu I yerə, A.Əyliskənd tam orta məktəbin şagirdi Şəfizadə Çəməngül Tofiq qızı II yerə, Vənənd kənd tam orta məktəbin şagirdi Quliyeva Nuray Elman qızı isə III yerə layiq görülüb.
Hər iki müsabiqənin qalibləri və fərqlənən şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi