Şahbuz rayon ümumtəhsil məktəblərində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan M.T.Sidqinin “Məktəb hekayələri” adlı kitabının müzakirəsi keçirilmişdir.
Rayonda fəaliyyət göstərən 23 ümumtəhsil məktəbində təşkil edilən müzakirələrdə M.T.Sidqinin həyat və yaradıcılığı, xüsusilə onun yazdığı və uşaq hekayələri haqqında geniş məlumat verilib. Ümumilikdə 118 müəllim 307 şagirdin iştirak etdiyi müzakirələrdə ədibin əsərlərindəki dövrün mütərəqqi ideyalarından, məktəbə və elmə rəğbətindən, müəllimə hörmətindən, gəncliyin tərbiyəsi məsələlərindən geniş söz açılmış, fikir mübadiləsi aparılmışdır.
Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabında yer alan ayrı-ayrı hekayələrin müzakirəsi şagirdlərdə zəngin təəssürat yaratmışdır.