• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün392
mod_vvisit_counterDünən1915
mod_vvisit_counterBu həftə392
mod_vvisit_counterBu ay21798
mod_vvisit_counterÜmumi2962609

Tarix: 13 Yan., 2025

Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradıldı

Dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən muxtar respublika ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb olunur. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb. Martın 30-da Mərkəzin təqdimatı olub.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülmüş, müasir standartlara cavab verən təhsil müəssisələri tikilmiş, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilmiş, infrastrukturu yenilənmişdir.

Təhsil naziri qeyd edib ki, yaradılan şərait təhsildə təlim metodlarının tətbiqinə geniş imkanlar açmışdır. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb. Ümumtəhsil müəssisələrində STEAM kabinələri yaradılır, kabinələr lazımi avadanlıqlarla təchiz olunur. Həmçinin təlimə aid metodik vəsaitlər, eləcə də VI və VII sinif dərslik və proqlamlar çap olunaraq istifadəyə verilib. Bildirilib ki, ötən müddət ərzində Şərur rayon Qarabürc və Şəhriyar, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Naxçıvan Qarnizonu, Naxçıvan şəhər 5, 11, 12 və 14 nömrəli tam orta məktəblərdə, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində və Heydər Əliyev adına Hərbi Liseydə STEAM kabinələri yaradılmışdır. Hazırda isə əlavə olaraq 38 məktəbdə STEAM kabinələrinin yaradılmasına başlanılıb.

Vurğulanıb ki, STEAM-in tətbiqi təkcə kabinələrin yaradılması və tədris materiallarının çap olunması ilə yekunlaşmayıb, bu sahədə kadrların hazırlanması istiqamətində də tədbirlər həyata keçirilib. Bu günə qədər 60 müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, 150 müəllimə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlimləri keçirilib.

Təhsil naziri bildirib ki, muxtar respublikada STEAM üzrə müəllim kadrların hazırlanması STEAM Tədris Mərkəzinin yaradılmasını zəruri edib. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi üçün yer ayrılıb və Mərkəz ən müasir dizaynda hazırlanmış avadanlıqlarla tam təmin olunub.

Nazir Mərkəzin imkanlarından səmərəli istifadə olunması, müəllimlərin STEAM təlimlərə cəlb olunması, təlimlər zamanı STEAM metodologiyaları, Robotexnika, 3D CAD modelləşdirmə və çap, Proqramlaşdırma, NANO və NEYRO-texnologiyalar, müxtəlif mühəndislik modullarının müəllimlərə öyrədilməsi ilə bağlı tapşırıqlar verib. Bildirib ki, Mərkəz həmçinin innovativ texnologiyalardan istifadə və tətbiqetmə bacarıqlarının şagirdlərdə formalaşdırılması, onların irəli sürdüyü ideyaların reallaşmasına da dəstək göstərəcəkdir.

Rəhman Məmmədov muxtar respublika təhsilində interaktiv təlim metodlarının tətbiqinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təhsil işçiləri adından minnətdarlığını bildirib.

Sonra Mərkəzdə quraşdırılan avadanlıqlara baxış olub. Məlumat verilib ki, Mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və materialları ilə tam təmin olunub.

Qeyd edək ki, STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutur. Nəzərə alaq ki, müasir dövr özü ilə bir sıra yeni peşələr formalaşdırır. PUA, dron istifadəçiləri, smartfon texnikləri və s. kimi yeni peşələr yaranır. Analitik düşüncə və innovativlik, kreativlik, emosional intellekt kimi yeni bacarıqlar daha çox lazım olacaq. Ona görə də şagirdlərdə bu bacarıqların formalaşdırılması olduqca vacibdir. Onlar yaşadıqları dövrə uyğun ixtiralar etmək üçün hazır olmalıdırlar. STEAM şagirdlərdə XXI əsr bacarıqlarını, kreativlik, tənqidi düşüncə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini inkişaf etdirir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg