• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün436
mod_vvisit_counterDünən1915
mod_vvisit_counterBu həftə436
mod_vvisit_counterBu ay21842
mod_vvisit_counterÜmumi2962653

Tarix: 13 Yan., 2025

Culfa rayonunda məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin rayon mərhələsi keçirilib

29 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar birliyinin birgə hazırladığı əsasnaməyə uyğun olaraq Culfa şəhər 3 nömrəli tam orta məktəbdə məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin təsviri və dekorativ-tətbiqi sənətinə olan marağını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək, yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdan ibarət olub. Müsabiqədə rayonun 25 ümumtəhsil məktəbi üzrə 110 şagirdin 68 rəsm, 208 əl işi nümayiş etdirilib. Çəkilən rəsm və dekorativ işlər muxtar respublikanın tarixinə, mədəniyyətinə, tarixi abidələrinə və milli mənəvi dəyərlərinə həsr edilib. İştirakçılar tərəfindən böyük marağa səbəb olan əl işlərinə baxıldıqdan sonra münsiflər heyəti tərəfindən təsviri və dektorativ-tətbiqi sənətin hər biri üzrə 2 əl işi I, II, III yerlər müəyyənləşdirilib.

Beləliklə, münsiflər heyətinin rəyinə əsasən, təsviri və dekorativ-tətbiqi sənət sahələrinin hər biri üzrə I yer üçün - 1, II yer üçün – 2, III yer üçün - 3, həvəsləndirici yer üçün - 5 qalib müəyyən edilib.

Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təltif olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg