• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1101
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10364
mod_vvisit_counterBu ay42696
mod_vvisit_counterÜmumi2509961

Tarix: 26 Apr., 2024

Şagirdlərin mütaliə qabiliyyətlərinin yüksəldilməsi diqqətdə saxlanılır

Gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində kitabın rolu müstəsna əhəmiyyətə malikdir. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şəraitin yaradılması əsas amillərdən biridir. Muxtar respublikada bu sahədə kifayət qədər iş görülmüşdür. Belə ki, gənc nəsildə mütaliəyə marağı artırmaq üçün ən əvvəl əlverişli şəraitin yaradılması və mənbə, demək olar ki, muxtar respublikanın bütün məktəblərində ən yüksək səviyyədə təşkil edilib. Bu gün Naxçıvanda hansı məktəbə üz tutsaq, orada geniş, işıqlı və rahat kitabxanalarla rastlaşacağıq. Həmin kitabxanalar zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxanalar dərslik və bədii ədəbiyyatla təmin edilmişdir. Təkcə cari tədris ilində muxtar respublika ümumtəhsil məktəblərinin kitabxanaları 154 adda 34976 bədii ədəbiyyat, 200 mindən çox dərslik və metodik vəsaitlə zənginləşdirilmişdir. Bu da şagirdlərin dünyagörüşünün artırılmasına öz töhfəsini vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Həmin siyahıya daxil edilən ədəbiyyatların mütaliəsi yeniyetmə və gənclərdə mübarizə ruhu yaradır, Vətəni sevməyə sövq edir, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynayır. Bu gün “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən əsərlər şagirdlər tərəfindən böyük həvəslə və maraqla mütaliə edilir.

Azərbaycan dilində bədii əsərləri oxumaq, ana dilimizin gözəlliyinə dəyər vermək gələcəkdə bu dildə səlis danışmağın əsasını qoyur. Bu gün zamanın, qloballaşan dünyanın tələbinə uyğun olaraq texnologiyalara diqqət daha çox yönəlib. Belə bir vaxtda yetişməkdə olan gənc nəsil elmin sirlərini nəinki kitablardan, eyni zamanda müasir texnologiyalardan istifadə etməklə də əldə edə bilərlər.

Şagirdlərin dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilmişdir. Ənənəvi olaraq artıq 3 ildir ki qeyd olunan “Mütaliə aylığı” bu il də Təhsil Nazirliyinin Tədbirlər planında öz əksini tapıb. Ay ərzində muxtar respublika ümumtəhsil məktəblərində mütaliə ilə bağlı inşa yazı, dram, şeir müsabiqələri, müzakirə və ya diskussiyalar təşkil edilir.

Bu cür tədbirlərin təşkili gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyət daşıyır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg