• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1141
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5477
mod_vvisit_counterBu ay33855
mod_vvisit_counterÜmumi2464344

Tarix: 29 Mart, 2024

Sədərək rayon ümumtəhsil məktəblərində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş bir sıra tədbirlər keçirilib

Martın 30-da Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon Tarix Diyarşünaslıq müzeyində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar olaraq açıq dərs keçirilib.

Açıq dərsdə Təhsil Şöbəsinin əməkdaşları, Sədərək kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi və ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib.

Dərsi aparan Elsəvər Səfərov şagirdlərə bildirib ki, 1918-ci ilin mart ayından etibarən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib deyə vurğlanmışdır.

Dərsin sonununda şagirdlərin suaları cavablandırılıb.

Həmçinin martın 31-də Sədərək kənd 1 nömrəli tam orta məktəbdə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar olaraq açıq dərs və film nümayiş olunub.

Dərs və film nümayişində Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, məktəbin tarix müəllimi və VII sinif şagirdləri iştirak edib.

Məktəbin Tarix müəllimi Əjdər Məmmədhəsənov bildirib  ki, 1917-ci ildə oktyabr inqilabından sonra S. Şaumyan Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Rusiyalı havadarlarından və Britaniya hökümətindən milyon qızıl rubl alaraq Azərbaycanlılara qarşı erməni və bolşeviklərin əməkdaşlığına nail oldu. Bundan sonra Bakıda rus və erməni silahdaşlarını Azərbaycanlılara qarşı soyğunçuluq və onların mülklərində özbaşına axtarışlar aparmağa başladılar. Buna etiraz edən müsəlman əhalisi 1917-ci il dekabrın 26-dan başlayaraq şəhərdə dükan və mağazaları bağladılar.

Müəllim diqqətə çatdırdı ki, Daşnaksütyun partiyası və Erməni Milli Şurası planlı şəkildə say çoxluğuna nail olmaq üçün martın 30-dan aprelin 3-dək Bakıda azərbaycanlıların soyqırımını təşkil etdi. Bakı limanındakı rus hərbi-dəniz qüvvələri də aldadılaraq soyqırıma cəlb olundu. Bu faciə zamanı 12000-ə yaxın Azərbaycanlı qətlə yetirildi. Hamazasp və Lalayansın başçılıq etdiyi erməni quldur dəstələri Şamaxıda və Qubada oxşar soyqırımları həyata keçirdilər. Naxçıvan, Lənkəran, Qarabağ və Zəngəzur bölgəsində də Azərbaycanlılara qarşı soyqırımı həyata keçirildi. Yalnız və yalnız Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli qərarı ilə hər il “31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı Günü” kimi qeyd edilir deyə vurğlayaraq şagirdlərin sualarını cavablandırmışdır.

Daha sonra məktəbin elektron löhvəli sinfində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hazırlanmış “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı filmi izlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg