• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün807
mod_vvisit_counterDünən3416
mod_vvisit_counterBu həftə8361
mod_vvisit_counterBu ay807
mod_vvisit_counterÜmumi2829966

Tarix: 01 Noy., 2024

Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi təşkil olunub

Kəngərli Rayon Təhsil Şöbəsinin təsdiq etdiyi qrafikə uyğun olaraq ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi  Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən maarifçilik ideyaları ilə xalqına misilsiz xidmət göstərən Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi təşkil olunub.

Müzakirənin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri, kitab oxumağa marağın artırılması, məktəblilərdə mütaliə vərdişlərini formalaşdırmaq və Azərbaycanın tanınmış mütəfəkkirlərinin yaradıcılığına maraq oyatmaqdır.

Keçirilən müzakirələrdə qeyd olunub ki,  gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlı­lığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi muxtar respublikanın təhsil müəssisələrində diqqət mərkəzində saxlanılır.  Qeyd olunub ki,  bu Sərəncam gənc nəsli həm milli vətənpərvər, həm də dünyəvi proseslərdən məlumatlı və dünya mədəniyyətinə yaxından bələd olmağa səsləyir. "Oxunması zəruri olan kitablar" təkcə mövzu müxtəlifliyi ilə seçilmir. Onların müəlliflərinin dünyagörüşü və  coğrafiyası da fərqlidir. Bu kitabların hər biri istənilən məqamda azərbaycanlı gəncin yoluna işıq salma gücünə malikdir.

Müzakirələrdə Məhəmməd Tağı Sidqinin elmi fəaliyyətindən, onun qələmindən çıxmış uşaq ədəbiyyatı nümunələrindən, maarifçi ideyalarından bəhs olunub. Müzakirələr zamanı vurğulanıb ki, məktəbə və elmə rəğbət, müəllimə hörmət, yeni nəslin tərbiyəsi, ədəbi-fəlsəfi məsələlər yazıçının əsərlərində qabarıq şəkildə ifadə olunub. Ədibin məktəb, təhsil, tərbiyə, əxlaq, mərifət və sairə haqqında olan fikirlərinin tarixin hər dövrü üçün aktual olduğu diqqətə çatdırılıb.

Müzakirələrdə 64 müəllim və 172 şagirdin iştirakı təmin olunub. Tədbirdə müəllim və şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib.

Müzakirələrin sonunda şagirdlər mövzu ilə bağlı video fraqmentlər izləmiş, həmçinin “Oxunması zəruri olan kitablar”dan ibarət sərgiyə baxış olub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg