• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün823
mod_vvisit_counterDünən3416
mod_vvisit_counterBu həftə7781
mod_vvisit_counterBu ay823
mod_vvisit_counterÜmumi2829982

Tarix: 01 Noy., 2024

Babək rayon ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilmişdir

Babək rayon ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və şagirdlərin fiziki hazırlıq göstəricilərinin inkişafı üçün bir sıra tədbirlər keçirilmişdir.  Belə ki, Babək rayon Şıxmahmud kənd tam orta məktəbində Nizami ilinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə N.Gəncəvinin “Sirlər Xəzinəsi” poeması təhlil olunmuş, “Kərpickəsən qocanın hekayəti” səhnələşdirilmiş, şairin lirik şeirləri şagirdlər tərəfindən səsləndirilmişdir.

Babək rayon Nəcəfalıdizə kənd tam orta məktəbində isə şagirdlər arsasında şahmat yarışı və siniflər arası voleybol yarışı keçirilmişdir. Hər iki yarışın sonunda qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

Eyni zamanda Gülşənəbad kənd ümumi orta məktəbində və Zeynəddin kənd tam orta məktəbində M.T.Sidqinin “Məktəb hekayələri” kitabı müzakirə olunmuşdur. Müzakirədə Gülşənəbad kənd ümumi orta  məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Tağıyeva və Zeynəddin kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fəridə Nəbiyeva  M.T.Sidqi yaradıcılığı haqqında ümumi məlumat vermiş, “Məktəb hekayələri” kitabının əhəmiyyətindən və bədii xüsusiyyətlərindən danışmışdır. Tədbirin davamında isə şagirdlər kitabı təhlil edərək öz fikirlərini bölüşmüşlər.

Məmmədrza Dizə kənd tam orta məktəbində isə Aşıq ədəbiyyatımızın görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin keçirilməsinin əhəmiyyəti, aşıq yaradıcılığı və onun inkişafında mühüm rol oynayan Dədə Ələsgər haqqında şagirdlərə ətraflı məlumat verilmişdir. Tədbirin davamında şagirdlər Aşığın şeirlərini səsləndirmiş, məktəbin X sinif şagirdi Musa Mehdizadə isə bir neçə şeiri sazla ifa etmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg