• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1483
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5819
mod_vvisit_counterBu ay34197
mod_vvisit_counterÜmumi2464686

Tarix: 29 Mart, 2024

“Ümumtəhsil məktəblərində fənn kurikulumlarının tətbiqi və məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları” mövzusunda tələbələrə seminar keçirilmişdir

Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Sabahın müəllimi” layihəsi çərçivəsində görülən işlərin davamı olaraq 6 aprel 2021-ci il tarixdə Naxçıvan şəhər 11, 12 və 14 nömrəli tam orta məktəblərdə təcrübəçi tələbələrə “Ümumtəhsil məktəblərində fənn kurikulumlarının tətbiqi və məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları” mövzusunda seminar keçirilmişdir.  Seminarda Naxçıvan Müəllimlər İnstitutunun tələbələri iştirak etmişdir.

Seminarda Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov təhsilə göstərilən dövlət qayğısından və məktəblərdə yaradılan imkanlardan bəhs etmişdir. Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq pedaqoji profilli ixtisaslar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmişdir. Hamiliyə verilmiş ixtisaslar üzrə müəllim kadrların hazırlanmasında ali təhsil müəssisələri ilə Təhsil Nazirliyi arasında sıx əlaqələr yaradılmış, 2019-cu ildən başlayaraq tələbələr üçün maarifləndirici seminarlar təşkil olunmuşdur.

Vurğulanmışdır ki, təşkil edilən növbəti seminarın məqsədi də pedaqoji profilli ixtisaslarda oxuyan tələbələri məktəbdaxili qiymətləndirmələrin və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılması, eləcə də şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinin aparılması qaydaları ilə tanış etməkdir.

Məktəbdaxili qiymətləndirmədə edilmiş son dəyişikliklər tələbələrin diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, son dəyişikliklərə görə I siniflərdə bütün summativ qiymətləndirmələr, II-III siniflərdə isə Kiçik Summativ qiymətləndirmələrin aparılır. V-VIII və X siniflərdə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə Böyük Summativ Qiymətləndirmələr, IV, IX və XI siniflərdə isə bütün fənlər üzrə Böyük Summativ Qiymətləndirmələr keçirilir.

Sonra təlimçilər – Ordubad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sahil Əlizadə, Culfa rayon Göydərə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Asudə Məmmədova və Babək rayon Gərməçataq kənd tam orta məktəbinin Fizika müəllimi Günel Heydərova tərəfindən tələbələrə “Məktəbdaxili qiymətləndirmələrin aparılması qaydaları” ilə bağlı məlumatlar verilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg